4
Ayətullah Xamneyi İİR-nın xaricdəki səfirlərilə görüşdə bildirmişdir:

“Bəziləri elə bilirlər ki, prosesləri pərdə arxasından idarə edən Amerikadır. Lakin bu, sırf fantaziyadır. 30 il əvvəl də bəziləri reallığı təxəyyülün gücü ilə qiymətləndirərək İslam İnqilabının Amerikanın ssenarisi olduğunu düşünürdülər. Dünya və regionda baş verən görünməmiş, dərin əhəmiyyətli hadisələri uzaqgörənliklə izləmək, bu arenada müdrik, ağıllı qərar və tədbirlərlə effektiv rol oynamaq lazımdır”